26.05.2020 [11:54] - Xəbərlər, İslam dini
Gürcüstanın Baş naziri Giorgi Qaxaria Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərləri və əməkdaşları ilə görüşüb.
Hökumət Administrasiyasının binasında keçirilən görüşdə Baş nazir müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Qeyd edib ki, Ramazan bayramı insanların bir-birinə yardımlaşma, sevgi və qayğı göstərməyi aşılayan önəmli bir bayramdır.
Bildirilib ki, Gürcüstanda etnik və dini mənsubiyyətli vətəndaşlar birgə dinc və mehriban yaşayırlar. Bu dostluq çox qədim tarixi ənənəyə malikdir.
Baş nazir, eyni zamanda, Gürcüstanda millətindən və dinindən asılı olmayaraq bütün vətəndaşların ölkənin rifahı, bütövlüyü və inkişafı yolunda əl-ələ verərək xidmət etdiklərini bildirib.
Görüşdə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) din rəhbərləri hökumət başçısına təbrik və xoş arzularına görə təşəkkür edib, 26 May - Dövlət Müstəqilliyi Günü münasibəti ilə Baş naziri və ölkə vətəndaşlarını təbrik ediblər.
GMİ-nin şeyxi və müftilər dövlətin son zamanlar müsəlman icmasına göstərdikləri diqqət, yardım və qayğını yüksək qiymətləndirib, buna görə Baş nazirə minnətdarlıqlarını bildiriblər.
Görüşdə GMİ-nin şeyxi hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müfti hacı Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müfti Adam Şantadze və digər rəsmi şəxslər də iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 1082 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |