17.10.2012 [11:57] - Güney Azərbaycan xəbərləri
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq İrana qarşı tətbiq olunan yeni sanksiyalardan və Tehranın nüvə fəaliyyətindən danışıb.
Oktyabrın 15-də Lüksemburqda jurnalistlərə açıqlama verən Uilyam Heyq deyib ki, İran üçün vaxt sürətlə daralır: “Bu sanksiyalar İran Mərkəzi Bankına da geniş məhdudiyyətlər qoyur. Avropa Birliyinin bu sanksiyaları qoyması zəruri idi. Çünki İranla nüvə danışıqları hələ ki, nəticə vermir. Bu problem təcili olaraq həllini tapmalıdır. Biz dinc nüvə enerjisinə yiyələnmək üçün İrana hətta yardım etməyə də hazırıq. Lakin bir şərtlə ki, hərbi nüvə proqramını dayandırsın.
İran apardığı nüvə proqramının sülh xarakteri daşıdığını nə Qərb ölkələrinə, nə də Beynəlxalq Atom Enerjisi Agentliyinə sübuta yetirə bilib. Əgər İran indiki yolunu davam etdirsə, bunun nəticəsi qarşıdurmaya gətirib çıxaracaq”.
Oktyabrın 15-də Lüksemburqda bir araya gələn Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri İranın 34 qurumuna və bir rəsmisinə sanksiya qoyublar. Yeni sanksiyalar sənaye sektorunda, o sıradan da raket sənayesində istifadə olunduğu təxmin edilən bəzi filizlərin, avadanlıqların İrana ixracını yasaqlayır, İrandan təbii qaz idxalını məhdudlaşdırır, İranın bank sistemi, sənayesi və gəmiçilik sektoru ilə əməkdaşlığı minimuma endirir.

Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |