Şrift:
İranda baş verən yol qəzalarında 16 nəfər ölüb, 104 nəfər yaralanıb
26.05.2020 [14:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Muctaba Xalidi deyib ki, son bir gün ərzində ölkənin 12 əyalətində 19 yol qəzası baş verib: “Təəssüflər olsun ki, son 24 saat ərzində baş verən həmin yol qəzalarında ən azı 16 nəfər ölüb, 104 nəfər isə yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib və onlardan bəzilərinin vəziyyəti ağır, bəzilərinin isə durumu orta ağırdır” -deyə, İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi bəyan edib.



Xalidi yol-nəqliyyat qəzalarının baş verdiyi əyalətlərin adlarını açıqlamayıb.



Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında ən azı 28 min nəfər həyatını itirir, minlərlə insan isə müxtəlif dərəcəli bədən xəsarəti alır.
Bu xəbər oxucular tərəfindən 500 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed