Şrift:
Fərdin Muradpur tələbləri təmin edildikdən sonra aclıq aksiyasına son qoydu
17.10.2012 [13:07] - Güney Azərbaycan xəbərləri
Təbriz zindanında məhbus həyatı yaşayan Azərbaycan Milli Hərəkat fəallının əqidə və iradəsi öz sözünü dedi.

Oktyabrın 16-da azərbaycanlı fəal Fərdin Muradpur bütün tələbləri təmin edildikdən sonra aclıq aksiyasına son qoyub.

O, 14 gün aclıq aksiyasını davam etdirdi.

Məlumata görə, Muradpurun zindanın öncəki bölümünə intiqal edilməsi və onun tibbi ekspertiza tələbi məsullar tərəfindən yerinə yetirilib.

Qeyd edək ki, Muradpur məhbus hüquqlarını tələb etdiyinə görə, zindan məsulları xüsusi ilə Rzazadə adlı birisi tərəfindən döyülüb və təhqir edilmişdi. O isə bu qeyri-insani hadisədən sonra aclıq aksiyasına başlamışdır.

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2009-cu il mayın 22-i Təbrizin Elgölü parkında tutuqlanıb və sistemin əleyhinə təbliğ və ümumi asayişi pozmağa cəhd göstərməkdə günahlandırılaraq 6 il həbsə məhkum edilib. O, artıq iki ildən çoxdur həbsdədir.
Bu xəbər oxucular tərəfindən 1214 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed