17.10.2012 [16:47] - Xəbərlər, Siyasət
Tez-tez bizim iqtidar və müxalifət qəzetləri «beynəlxalq erməni lobbisi», «erməni diasporunun bossları» və digər bu kimi ifadələr işlədirlər. Lakin indiyə qədər konkret yüksək səviyyəli erməni lobbiçisi barədə çox nadir halda Azərbaycan KİV-ində məlumata rast gəlmək olar. Bu yöndə boşluğu doldurmağa çalışacağıq.
EDVARD PİTER CERECYAN (Edward P. Djerejian)1939-cu ildə Nyu-Yorkda anadan olub. Uşaqlığı və yeniyetməliyi Nyu-Yorkun erməni icmasının yerləşdiyi Kvins rayonunda keçmişdir.1955-1960-cı illərdə Corctaun universitetində təhsil almışdır. 1960-1962-ci illərdə Cənubi Koreyadakı Amerika ordusunda baş leytenanta kimi xidmət etmişdir. Bəzi məlumatlara görə, Corctaun universitetində oxuyarkən erməni kanallarının yardımı ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqədə olmuşdur. Koreyada hərbi xidmətini bitirdikdən 1966-cı ilədək onun fəaliyyəti indiyə qədər naməlum qalır. Bəzilərinin fikrincə, bu dövrdə o, Livanda və Suriyadakı erməni diasporları ilə ABŞ MKİ-nin arasında əlaqələndiricisi idi. Belə ki, Livan və Suriya erməniləri həm SSRİ erməniləri, onların üzərindən isə, Kreml elitası arasında bir körpünü təşkil edirdilər.
1966-1969-cu ildən o, Beyrutdakı (Livan) ABŞ siyasi nümayəndəliyində çalışır. Lakin 1969-cu ildən onun diplomatik rəhbərliklə münasibətlərində indiyə qədər mahiyyəti bilinməyən münaqişəsi yaranır. Onu Yaxın Şərq istiqamətindən çıxararaq əvvəlcə Mərakeşin Kasablanka şəhərində (1960-1972), 1975-1977-ci illərdə Bordoda (Fransa) ABŞ-ın konsulluğunda işə göndərirlər.
1979-1981-ci illərdə Edvard Cerecyan ABŞ-ın Moskvadakı səfirliyinin siyasi bölümü rəhbəri təyin edilir. Bu müddət bitdikdən sonra onu yenidən Yaxın Şərq və regiondakı erməni diasporları ilə əlaqə işinə keçirirlər. Belə ki, 1981-1984-cü ildə İordaniyada ABŞ səfirinin müavini təyin edilir.
1985-ci ildə o, ABŞ prezidentinin baş məsləhətçisi, ABŞ xarici işlər nazirliyinin mətbuat katibinin müavini vəzifəsini tutur.
SSRİ-nin demontajı, dağılması, SSRİ-nin Yaxın Şərqdəki müttəfiqlərinin neytrallaşdırılması işində, regiondakı erməni diasporunun ABŞ xarici siyasətində prioritet istiqamətlərdən biri kimi qəbul edilməsində onun xüsusi rolu olur. 1986-1988-ci illərdə ABŞ dövlət katibinin Yaxın Şərq və Cənubi Asiya işləri üzrə müavininin məsləhətçisi olur.
Çox maraqlıdır ki, Qarabağ müharibəsinin alışdığı dövrdə Edvard Cerecyan erməni işğallarında fəal rol oynamış Yaxın Şərqdəki erməni diasporları ilə əlaqədə idi. Belə ki, 1988-1991-ci illərdə ABŞ-ın Suriyada fövqəladə və səlahiyyətli səfiri olur. 1991-1993-cü illərdə isə o, ABŞ Dövlət katibinin Yaxın Şərq üzrə müavini təyin edilir.
1993-1994-cü illərdə qısa müddətdə ABŞ-ın İsraildə səfiri təyin edilir. 1994-cü ilin avqustunda o, diplomat fəaliyyətinə son verir, Texas ştatındakı Rays Universitetinin Ceyms Beyker adına Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilir. Bundan əlavə, Cerecyan Nyu-Yorkdakı Karnegi korporosiyasının xeyriyyəçi şurasında vəzifə tutur. Corc Buş dövründə Yaxın Şərq üzrə mütəxəssislərdən biri hesab edilir və dövlət katibi Kolin Pauellin məsləhətçisi olur.
Ərəb və müsəlman dünyası üzrə güclü mütəxəssis sayılan Cerecyan Yaxın Şərqdəki islamçı hərəkatların təhlili üzrə bir neçə kitab və hesabatların müəllifidir. Həmçinin, İsrail-Fələstin sülh nizamlanmasında məsləhətçi kimi çıxış edib. ABŞ-ın, Fransanın, İsrailin yüksək dövlət mükafatlarına layiq görülüb.
Amerika erməniləri federasiyasının, «erməni soyqırımının» tanıtma assosiasiyasının fəxri üzvlərindən biridir. ABŞ rəsmiləri tərəfindən dəfələrlə yüksək mükafatlara layiq görülüb. Əlavə özünün «Global Djerejian» konsalting (məsləhətçi) ofisini təsis etmişdir. Həmçinin o, ABŞ-da neft strategiyasının müəyyənləşdirilməsində xüsusi rolu olan «Occidental Petroleum Corporation» kimi təşkilatın direktorlar şurasının üzvüdür.
Vaxtilə onun birinci arvadı ABŞ ermənlərindən olub, sonra isə onlar boşanmışlar. Fransada baş konsul işləyərkən fransız diplomatı Lilian Fransuaza Halterslə ailə qurmuşdur. Uşaqları və nəvələri vardır.
Edvard Cerecyan ABŞ ermənilərinin siyasi fəaliyyətində və eləcə də Yaxın Şərqdəki erməni diasporları ilə işlərin koordinasiyasında görkəmli rol oynamışdır. Azərbaycan və Qarabağ məsələsində onun Reyqan, Buş, Klinton administrasiyasında hansı məsləhətlər verdiyini təsəvvür etmək çox çətin deyildir.
Pərviz Elay
“Millətçilik” qəzeti

Bu xəbər oxucular tərəfindən 1446 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |