17.10.2012 [17:19] - Sosial
““Erməni soyqrımı” qanununu qəbul etmək üçün Fransa Konstitusiyası dəyişməlidir”
“Mənim şəxsi fikrim belədir ki, soyqırımı məsələlərini tarixçilərin ixtiyarına buraxmaq lazımdır. Bundan vacib olan məsələ dialoq aparmaqdır”. Fransanın Azərbaycandakı səfiri Paskal Monye qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin Fransa parlamentində yenidən müzakirəyə çıxarılması ehtimalını belə dəyərləndirib.
Səfir Fransa Konstitusiya Məhkəməsinin bu qanunun ölkənin Əsas Qanunu ilə ziddiyyət təşkil etdiyinə dair qərar çıxardığını xatırladıb: “Bildiyiniz kimi, Konstitusiya Məhkəməsi belə bir qərar çıxarıb ki, adı çəkilən qanun layihəsi ölkənin Əsas Qanunu ilə ziddiyyət təşkil edir. Bununla da məsələ öz həllini tapıb. Qeyd olunan qanunun qəbulu üçün Konstitusiyanı dəyişmək lazımdır”.
Xocalı hadisələri ilə bağlı məsələsi şərh edən səfir baş verənləri faciə adlandırıb və münaqişə tərəflərini nizamlama yolunu tapmaq üçün dialoqa çağırıb: “Xocalı məsələsinə gəldikdə, bilirəm ki, Azərbaycan orada soyqırımı törədildiyini düşünür. Mən soyqırımı məsələsini qiymətləndirmə üzrə ekspert deyiləm, amma düşünürəm ki, Xocalıda baş verənlər faciədir. Mənim Azərbaycanla ilk təmasım Parisdə Fransa Milli Assambleyasının Xocalıda baş verənlərə həsr olunmuş seminarda iştirakım zamanı olub. Bakıya gələndə Şəhidlər Xiyabanını ziyarət etmişəm. Görürəm ki, Qarabağ problemi bir çox ailələrə toxunmuş böyük iztirabdır. Lakin eyni zamanda Azərbaycan və Ermənistan yeni dialoqa başlamalıdır. Əvvəllər müharibə aparmış Fransa və Almaniyanın etdiyi kimi. Bu gün bu ölkələr döyüşmürlər, iqtisadi sahədə rəqabət aparırlar”.

Bu xəbər oxucular tərəfindən 1335 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |