Şrift:
İranın 4-cü tankeri Venesuelaya çatıb
30.05.2020 [12:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Venesuela mətbuatında yayılan xəbərlərdə gəminin bu ölkə sularına daxil olmasından sonra Venesuelanın Silahlı Qüvvələri tərəfindən hərbi eskort edildiyini görünür.


4-cü gəminin Venesuela sularına daxil olmasına Amerika Birləşmiş Ştatları da münasibət bildirib.


Rəsmi Vaşinqtonun məsələ ilə əlaqədar bəyanatında bildirilir ki, Maduro bu addımı ölkə daxilindəki problemlərdən yayınmaq və ictimai rəy formalaşdırmaq üçün atıb.


Qeyd etmək lazımdır ki, Venesuelada yaranan yanacaq qıtlığından sonra İran bu ölkəyə 5 tankerlə birlikdə 1.53 milyon barel yanacaq, benzin istehsalında zəzuri olan maddələr və həmçinin neft emalı avadanlıqları göndərib.


Gəmilərdən 3-ü ötən günlər ərzində Venesuelada lövbər salmışdı. 5-ci gəminin də Atlantik okeanından Karib dənizinə doğru yön aldığı deyilir.
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed