30.05.2020 [14:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Şərqi Azərbaycan Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Vəhid Şadiniya mayın 29-da mediaya açıqlamasında məlumat yayıb.
O bildirib ki, ilk yol qəzası Əhər-Kəleybər magistral yolunda baş verib. Belə ki, yüksək sürətlə hərəkət edən “Prayd” tipli avtomobilin naməlum səbəbə görə aşması nəticəsində avtomobili idarə edən 40 yaşlı sürücü 10 yaşlı oğlu ilə birlikdə həyatını itirib, 2 nəfər isə ağır bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Şadiniyanın bildirdiyinə görə, ikinci yol qəzası həmin gün Təbriz-Azərşəhr yolu istiqamətində baş verib. “Reno” tipli minik avtomobili Şeyx Həsən kəndi yaxınlığında bir yük maşını ilə toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan 35 yaşlı bir qadın yerindəcə keçinib, bir nəfər isə xəsarət alıb.
Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında ən azı 28 min nəfər həyatını itirir, minlərlə insan isə müxtəlif dərəcəli bədən xəsarəti alır.

Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |