Şrift:
“Dağlıq Qarabağ probleminin həll edilməməsinin əsas səbəbi tərəflərin bir-birinə etibarının olmamasıdır”
27.10.2011 [17:25] - Xəbərlər
“Dağlıq Qarabağ probleminin həll edilməməsinin əsas səbəbi tərəflərin bir-birinə etibarının olmaması və yəqin ki, qarşılıqlı qorxudur”.

Bunu Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filip Lefort bu gün Bakıda keçirdiyi brifinqdə deyib.

F. Lefort bildirib ki, AB ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini dəstəkləyir: “Biz Minsk Qrupu ilə əməkdaşlıq edirik. Avropanın postmünaqişə mərhələsi və rekonstruksiya sahəsində təcrübəsini bölüşməyə hazırıq”.

Xüsusi nümayəndə ümid etdiyini bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri kompromisə yaxınlaşa biləcək, problem həll olunacaq: “Mən eyni sözləri İrəvanda da demişəm”.

F. Lefort səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr apardığını da deyib.

Qeyd edək ki, Filipp Lefort Azərbaycana səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb, parlament üzvləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparıb.
Bu xəbər oxucular tərəfindən 939 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed