18.10.2012 [11:35] - Siyasət
Baş nazir: “İrana qarşı hərbi əməliyyatlar hələ tezdir”
Bölgədə baş verənlər fonunda Tehran hakimiyyətinin vaxtı daralır
Atom-nüvə proqramından əl çəkmədiyi üçün Tehran hakimiyyətinə qarşı tətbiq ediləcək təzyiq vasitələri hələ də müzakirə olunmaqdadır. Bəziləri problemin əlüstü hərbi əməliyyatlarla həllini istəsə də bunun əksini də iddia edənlər var.
Britaniyanın baş naziri Devid Kemeron İranın atom-nüvə proqramının hərbi yolla həllinə əl atmağın hələ tez olduğu qənaətindədir.
Lent.az-ın «Deyli teleqraf»a istinadən məlumatına görə, ingilis hökumətinin başçısı bu məsələdə İsrailin mövqeyini hələlik müdafiə etmədiyini söyləyib.
«Mən İsrailin baş naziri Netanyahuya dedim ki, hələ hərbi əməliyyatlara başlamaq tezdir. Hazırda İran hakimiyyəti ölkədə ciddi problemlərlə üz-üzədir. İnsanlar küçəyə çıxır. Onun Suriyadakı müttəfiqi Bəşər Əsəd iqtidarı əldən verir. Belə bir şəraitdə İrana qarşı savaş Tehran hakimiyyətinin əlinə oynamaqdır. O, bundan istifadə edərək, xarici düşmənə qarşı savaşmaq adı altında əhalini cəmləşdirə bilər» - deyə, o vurğulayıb.
Kemeron qeyd edib ki, İrana qarşı sanksiyaların öz nəticələrini verməsi üçün bir müddət gözləmək lazımdır.
Bununla belə o, əlavə edib: «İran hakimiyyəti doğru qərar çıxarmazsa, o zaman hadisələrin başqa varianta inkişaf edəcəyini də istisna etmək olmaz. Nüvə silahına malik həm İsrailə, həm də dünyaya təhlükə mənbəyidir».
Britaniyanın xarici işlər naziri Uilyam Heyq də İrana qarşı tətbiq olunan yeni sanksiyalardan və Tehranın nüvə fəaliyyətindən danışıb.
Ötən gün o, Lüksemburqda jurnalistlərə açıqlamasında deyib ki, İranın vaxtı sürətlə daralır: “Bu sanksiyalar İran Mərkəzi Bankına da geniş məhdudiyyətlər qoyur. Avropa Birliyinin bu sanksiyaları qoyması zəruri idi. Çünki İranla nüvə danışıqları hələ ki, nəticə vermir. Bu problem təcili olaraq həllini tapmalıdır. Biz dinc nüvə enerjisinə yiyələnmək üçün İrana hətta yardım etməyə də hazırıq. Lakin bir şərtlə ki, hərbi nüvə proqramını dayandırsın.
İran apardığı nüvə proqramının sülh xarakteri daşıdığını nə Qərb ölkələrinə, nə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə sübuta edə bilməyib. Əgər İran indiki yolunu davam etdirsə, bunun nəticəsi qarşıdurmaya gətirib çıxaracaq”.
Lüksemburqda bir araya gələn Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri İranın 34 qurumuna və bir rəsmisinə sanksiya qoyublar. Yeni sanksiyalar sənaye sektorunda, o sıradan da raket sənayesində istifadə olunduğu təxmin edilən bəzi filizlərin, avadanlıqların İrana ixracını yasaqlayır, İrandan təbii qaz idxalını məhdudlaşdırır, İranın bank sistemi, sənayesi və gəmiçilik sektoru ilə əməkdaşlığı minimuma endirir.
ABŞ isə Avropa Birliyinin addımını təqdir edib. Ağ evin təmsilçisi Cey Karni bununla bağlı bildirib: «İranın təcrid olunması üstünlük verdiyimiz məsələdir. Tehran indi əvvəlkilərlə müqayisədə daha güclü təzyiqlər altındadır».
Göründüyü kimi, İran hakimiyyətinin çıxışı yolu tutduğu iddialı plandan əl çəkməkdir. Əks halda, vəziyyətin daha da ağırlaşacağı istisna olunmur. Bunun həm də bölgə dövlətləri üçün də ciddi problemlər yaradacağı ehtimalı da az deyil.

Bu xəbər oxucular tərəfindən 1237 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |