Şrift:
Türkiyədə koronavirusla mübarizə qaydalarını pozan 9 min 877 nəfərə qarşı hüquqi tədbir görülüb
01.06.2020 [10:12] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri çərçivəsində 15 vilayət üzrə tətbiq olunan növbəti komendant saatı rejimi başa çatıb.

Mayın 30-da yerli vaxtla saat 00.00-qüvvəyə minən budəfəki rejim müddətində qaydaları pozduğuna görə, ümumilikdə 9 min 877 nəfərə qarşı hüquqi tədbir görülüb. Bundan başqa, 64 vilayət üzrə 428 yaşayış məntəqəsindəki karantin rejimi aradan qaldırılıb.

İyirmisi kənd olmaqla, 24 vilayəti əhatə edən 58 yaşayış yerində karantin davam edir. Bu yerlərdə ümumilikdə 51 min 669 vətəndaş məskundur.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed