Şrift:
İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib
01.06.2020 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, ETTELAAT-ın Şuştər şöbəsinin əməkdaşları mayın 28-i səhər saat 06:00-da Şuştərin “Əndişə”, “Ələmülhüda” və “Fərhəng” şəhərciklərinə hücum edərək 30-a yaxın ərəb fəalını tutub naməlum istiqamətə aparıblar. Təhlükəsizlik qüvvələrinin səhər saatlarında bu üç şəhərciyə gözləniməz hücumu və onların ərəb sakinlərinin mənzilində yoxlamalar aparması bu üç şəhərcikdə yaşayan əhalinin və ərəb fəallarının ailə üzvlərinin vahiməsinə səbəb olub.


Bildirilir ki, təhlükəsizlik qüvvələrinin hücumunda yerli ərəb fəallarından olduqları təxmin edilən Həkim Kəəbi, Əli Bədəvi, Məhəmməd Bədəvi, Həmid Zəqibi, Əyyub Tərfi, Amir Rəhimə, Həmid Əqili, Mustafa Əqili və adları hələlik mediaya bəlli olmayan daha 20-dən çox sakin həbs edilərək naməlum istiqamətə aparılıb.


Qeyd olunur ki, həbs edilənlər arasında Mustafa Əqilinin 15, Həmid Əqilinin isə 18 yaşı var. Həbs edilən ərəblərin hazırda harada saxlanılması və onların konkret nədə günahlandırılması barədə hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed