Şrift:
Sərçəm-Ərdəbil magistral yolunda avtomobil qəzası: 1 nəfər yanaraq ölüb
02.06.2020 [11:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hadisə dünən Güney Azərbaycanın təhlükəli və qeyri-standart yollarından olan Sərçəm-Ərdəbil magistralında baş verib. Bu barədə, Ərdəbil əyalətinin yol polisi rəisi polkovnik Məhəmməd Səfəvi mediaya açıqlamasında məlumat verib.





Məlumata görə, hadisədə yük maşını ilə “Nissan” markalı pikap tipli maşın toqquşub. İki maşının toppuşması nəticəsində “Nissan” alışaraq yanıb. Qəza zamanı “Nissan”ın sürücüsü yanaraq ölüb.





Hadisə nəticəsində yaralanan digər sərnişin xəstəxanaya yerləşdirilib.





Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir. Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi Əli Səfayifərdin verdiyi məlumata görə, ötən il (İranda yeni il Novruz bayramında başlayır) əyalətdə baş verən yol qəzalarında 882 nəfər həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed