Şrift:
Pompeo: “İranın təhdidləri davam edədənə qədər ABŞ-ın maksimum təzyiq kampaniyası da davam edəcək”
02.06.2020 [12:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Pompeo deyib ki, İran rejiminin təhdidləri davam edədənə qədər, ABŞ-ın bu ölkəyə qarşı apardığı maksimum təzyiq kampaniyası da davam edəcək: “İran İslam Respublikası Qərblə imzaladığı nüvə sazişinə əsasən, üzərinə götürdüyü bir sıra öhdəlikləri pozub. Ümid edirik ki, dünya İran rejimi qarşısında birləşəcək, Böyük Britaniya və nüvə sazişini imzalamış digər avropalı tərəflər də İrana silah-sursat satışına qoyulan qadağanın yaxın aylarda ləğv edilməsindən doğacaq təhdidi dərk edəcəklər.



Biz, BMT-nin 2231 saylı qətnaməsini imzalamış bütün tərəflərin razılığı ilə İrana silah-sursat satışına qoyulan qadağanın müddətinin uzadılmasının tərəfdarıyıq. Lakin əgər bu baş tutmasa, biz İrana silah satışının qarşısını almaq üçün öz diplomatik gücümüzdən yararlanacağıq” -deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed