Şrift:
İranda daha 64 nəfər koronavirisdan ölüb, 3117 nəfər də infeksiyaya yoluxub
02.06.2020 [16:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında deyib ki, ötən bir gün ərzində daha 64 ölüm halının qeydə alınması ilə ölkədə koronavirusdan ölənlərin sayı 7942 nəfərə çatıb: “Pandemiya yoluxucu xəstəliyinə tutulanların sayı dar artaraq 157 min 562 nəfərə yüksəlib.



Ötən bir sutka ərzində həmçinin xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 123 min 77 nəfərə çatıb.



Koronavirusa yoluxan və hazırda xüsusi rejimli xəstəxanalarda müalicə alan 2565 xəstənin vəziyyəti ağırdır” -deyə, Kiyanuş Cahanpur əlavə bildirib.



Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 7942 nəfərə, yoluxanların sayının isə 157562 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 49000 nəfəri keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed