Şrift:
İranda koronavirusa yoluxanların sayında artım müşahidə olunur
03.06.2020 [09:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda koronavirusa yoluxanların sayında artım müşahidə edilib. Son sutka ərzində İranda 3117 nəfər koronavirusa yoluxub, 64 nəfər isə həyatını itirib.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. Onun sözlərinə görə, bu günə kimi İranda 157 min 562 nəfər virusa yoluxub, 7 min 942 nəfər isə həyatını itirib. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 123 min 77 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 562 nəfərin vəziyyəti ağır olaraq qalır.

İranın Səhiyyə nazirinin müavini Qasım Canbabayi bildirib ki, bu gün ölkədə koronavirusun diaqnostikası üçün 150 laboratoriya fəaliyyət göstərir. Yaxın günlərdə əlavə laboratoriyalar da istifadəyə veriləcək.
Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed