03.06.2020 [09:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranla Türkmənistan arasındakı sərhəd, sanitar tibbi qaydalara tam uyğun olarsa, iyunun 10-da açılacaq. İki ölkə arasında nəqliyyat və tranzit yüklərinin dəmir yolu və avtomobil yolu ilə daşınmasının bərpası bu il iyunun 1-ə planlaşdırılırdı
COVID-19 virusunun qarşısının alınması üçün dezinfeksiya tədbirlərinə ehtiyac olduğuna görə, iki ölkə arasında sərhədin açılması iyunun 10-a qədər təxirə salınıb.
Bu barədə iki ölkənin nəqliyyat idarələrinin, səhiyyə, kənd təsərrüfatı, xarici işlər və gömrük xidmətlərinin nümayəndələrinin iştirak etdiyi video konfrans zamanı ortaq texniki işçi qrupu tərəfindən məlumat verilib.
Qeyd edək ki, Türkmənistan-İran sərhədi İranda koronavirusun yayılması səbəbiylə fevral ayının sonlarında bağlanıb.

Bu xəbər oxucular tərəfindən 343 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |