03.06.2020 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Meşginşəhr vilayətinin Mədəni Miras İdarəsinin direktoru İmanəli İmani məlumat verib. İmaninin açıqlamasına görə, sözügedən ərazidə 40 mindən artıq petroqlif tapılıb.
O, kəşf edilən petroqlif nümunələrini Güney Azərbaycan ərazisində bənzərsiz olaraq qiymətləndirib. Qaya üzərində yonulmuş, cızılmış və ya boyamaqla düzəldilmiş arxeoloji rəsm sənətinə Petroqraf deyilir.
İmani əlavə edib ki, kəşf edilən qayaüstü abidələrdə zoomorf, antropomorf, eləcə də nəbati və həndəsi təsvirlərə rast gəlinir.
“Bu təsvirlər qədim insanların inanclarını, həyat tərzlərini və ictimai münasibətlərini əks etdirir,” deyə o qeyd edib.
İmani sözü gedən məntəqələrdə tədqiqatın davam etdiyini bildirib.
Mədəni Miras İdarəsinin direktoru həmçinin əlavə edib ki, kəşf edilən yeni ərazinin gələcəkdə üstüaçıq muzeyə çevrilməsi bölgədə turizm sənətinin inkişafına müsbət təsir göstərəcək.

Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |