Şrift:
Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?
03.06.2020 [12:00] - Gündəm, Sağlıq
Sinqapurda koronavirusa qarşı gələcəkdə hazırlanacaq peyvəndin insanda uzunmüddətli immunitet yaradacağına şübhə ilə yanaşırlar.

“The Straits Times” qəzeti xəbər verir ki, bu barədə Sinqapurun Milli İnkişaf naziri Lourens Von deyib.

“Bir çox ölkələrdə, o cümlədən Sinqapurda fəaliyyət göstərən kompaniyalar peyvənd üzərində işləyirlər. Əlbəttə, biz bu sahədə sıçrayışa ümid edirik. Bununla yanaşı, ən optimist ssenariyə görə koronavirus əleyhinə vaksinin kütləvi istehsalı bir il və ya daha çox vaxt apara bilər. Bundan başqa, vaksinin insanda uzunmüddətli immunitet yarada bilməyəcəyi ehtimalı da mövcuddur”, - deyə Lourens Von bildirib.

Nazirin sözlərinə görə, bu halda COVID-19 endemik xəstəliyə çevrilə bilər və buna görə də koronavirus infeksiyası ilə uzunmüddətli mübarizəyə hazırlaşmaq lazımdır.

Qeyd edək ki, mart ayında Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 11:30-a olan məlumatına əsasən, dünyada 6 milyon 455 mindən çox yoluxma və 382 min 531 ölüm faktı qeydə alınıb, 3 milyon 68 min 482 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Sinqapurda indiyədək 36 min 405 nəfər koronavirus infeksiyasına yoluxub, 24 nəfər isə xəstəlik səbəbindən həyatını itirib. Hazırda müalicə alan 13 min 206 xəstədən altısının vəziyyəti ağır qiymətləndirilir.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed