28.10.2011 [11:13] - Türk dünyası-Turan
“Bu gün Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda Bəyannamə qəbul olunacaq”.
Bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, Bəyannamədə türkdilli ölkələrin və toplumların media qurumlarının və informasiya orqanlarının əməkdaşlığı məsələsi əksini tapacaq. Bəyannamədə türkdilli ölkələrin və toplumların media orqanları və informasiya qurumlarının Koordinasiya Mərkəzinin yaradılması məsələsi də qeyd olunacaq: “Biz istəyirik ki, türkdilli ölkələrin və toplumların rəsmi qurumları və QHT-ləri arasında əməkdaşlıq eyni zamanda media orqanları və informasiya qurumları arasında da qurulsun. Bu gün keçirilən Forumda bu məsələlər müzakirə olunacaq”.
Əli Həsənov bildirib ki, Forumda təklif olarsa və dəstəklənərsə, türkdilli ölkələrin və toplumların ortaq informasiya agentliyinin yaradılması məsələsi də Bəyannamədə əksini tapa bilər.

Bu xəbər oxucular tərəfindən 1132 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |