Şrift:
Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb
03.06.2020 [14:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son aylarda dəfələrlə həbs edilən milli fəal aprel 27-də Təbriz şəhərində saxlanılmışdı. Fəalın hansı səbəbdən tutulduğu barədə hələ də heç bir məlumat yoxdur.





İranın hüquq-mühafizə orqanları milli fəalı və ailəsini psixoloji təzyiq altında saxlamaq məqsədi ilə İsmayılzadənin evinə hücum edərək onun şəxsi avtomobilini müsadirə ediblər. Hücum zamanı polis məmurlarının kobud davranışı nəticəsində milli fəalın kiçik qızı Tamayın ruhi cəhətdən ağır vəziyyətə düşdüyü bildirilmişdi.





İsmayılzadə daha öncə fevral 27-də Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında ictimaiyyəti təşvişə salmaq ittihamı üzrə Ettelaat (Kəşfiyyat) İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb, bir neçə gün saxlandıqdan sonra müvəqqəti azadlığa buraxılmışdı.





Kərimzadə fevral ayında keçirilən parlament seçkiləri zamanı Qərbi Azərbaycan şəhərlərində fərqli vəziyyət olduğunu bildirərək əhalini seçkilərdə aktiv olmağa çağırmışdı.





Milli fəal növbəti dəfə martın 17-də Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, bir müddət sonra sərbəst buraxılmışdı.
Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed