03.06.2020 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, hamısı Rəşt şəhərinin sakinləri və “İran Kilsəsi” adlı kilsənin üzvləri olan yeni xristianlar, Hüseyn Kədivər, Xəlil Dehqanpur, Kamal Nəmaniyan və Məhəmməd Vəfadar iyunun 1-də Tehranın Evin zindanına çağırılıblar.
Bildirilir ki, Rəşt şəhərinin inqilab məhkəməsi 2019-cu ilin oktyabr ayında hər dörd məhkumu, xristianlığı qəbul etmiş daha 5 nəfərlə birlikdə ümumilikdə 45 il həbsə məhkum etsə də, onlar mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdılar.
Hər dörd məhkum, ilkin məhkəmənin barələrində çıxarılmış 5 illik həbs qərarından Apellyasiya şikayəti versələr də, Apellyasiya Məhkəməsi onlara çıxarılmış həbs cəzasını qüvvədə saxlayıb.
Qeyd edək ki, İran İslam Respublikası qanunlarına əsasən, islamı tərk edərək başqa bir dinə, o cümlədən də xristianlığa keçənlər mürtəd sayıldıqlarına görə edama məhkum edilməlidir. Lakin beynəlxalq təşkilatların kəskin etirazını nəzərə alaraq, rəsmi Tehran həmin şəxsləri açıq şəkildə edam edə bilmədiyinə görə, onları təzyiq və təqiblərə məruz qoyur, həbs edərək ağır cəzalandırır.
Xatırladaq ki, 1979-cu ildə, İranda radika şiə ruhanilərin hakimiyyətə gəlişindən bu yana, ölkədə onlarla kilsə rəhbəri qətlə yetirilib, xristianlığı qəbul edən minlərlə insan həbs edilərək repressiyalara məruz qoyulub. Son illərdə isə, İranda ev şəraitində idarə olunan kilsələrə edilən hücumlarda onlarla Evanjelik xristianı həbs edilib.

Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |