Şrift:
İranda daha 70 nəfər koronavirusdan ölüb, 3134 nəfər xəstəliyə tutulub
03.06.2020 [14:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Cahanpur deyib ki, İranda son bir sutka ərzində daha 70 nəfər koronavirusdan həyatını itirib, 3134 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib: “Bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayı 8012 nəfərə, Pandemiya yoluxucu xəstəliyinə tutulanların sayı isə 160 min 696 nəfərə yüksəlib.



Son bir gün ərzində həmçinin xəstəlikdən tam sağalıb evə buraxılanların sayı da artaraq, 125 min 206 nəfərə çatıb.



Hazırda isə infeksiyaya yoluxan və xüsusi rejimli xəstəxanalarda müalicə alan 2557 xəstənin vəziyyəti ağırdır” -deyə, Kiyanuş Cahanpur bildirib.



Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 8012 nəfərə, yoluxanların sayının isə 160696 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 49000 nəfəri keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed