Şrift:
Fərəc Quliyev: "Ramil Səfərov milli dəyərimizdir"
04.06.2020 [00:43] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
«Məlum olduğu kimi Avropa İnsan Hüquqları məhkəməsində qərar çıxarılıb və biz indiyə qədər müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin, qurumların Azərbaycana qarşı ikili standartlardan, seleksiya siyasəti ilə münasibət bildirməsini müşahidə etmişik. Buna heç təəccüblənmirik də».

Bu fikirləri "Azad Azərbaycan" qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi.


Onun sözlərinə görə, Ermənistan tərəfinin şikayət etməsi, bizim başımızı belə məsələlərə qatmaq cəhdləri heç də təəccüblü deyil: «Bizbu məsələlərə alışmışıq. Amma çox təəssüf ki, Azərbaycanın daxilində ermənilərin mövqeyindən heç də fərqlənməyən mövqelərin sərgilənməsi bizi xeyli dərəcədə təəccübləndirdi və açığı bizdə təəssüf hissi yaratdı».

Partiya sədri qeyd edib ki, əslində bu məsələ ilə bağlı ölkə Prezidentinin demiş olduğu fikir kifayətdir: «Prezident Ramil Səfərovu azad etməsi ilə bağlı münasibətində bildirmişdi ki, "əsas odur ki, mən öz əsgərimi azad etdim və qalan kimin nə deməsinin heç bir əsası yoxdur”. Ölkə Prezidenti çox ləyaqətli bir davranış nümayiş etdirmişdi. İndi özünü hüquq bilgisindən bacarıqlı, bəzən guyaki tolerantlıq mücəssiməsi kimi göstərənlər bilməlidirlər ki, ölkə Prezidenti beynəlxalq münasibətlərdən Moskvada dərs demiş bir diplomatdır. O nə etdiyinin fərqində idi və məsuliyyətini də bilirdi. Amma Ali Baş Komandan kimi bir əsgərinə, zabitinə sahib çıxmaq görəvini yerinə yetirməklə çox mühim br addım atmış oldu».

F.Quliyev xatırladıb ki, həmin dönəmin şərtləri çox çətin və indikindən qat-qat ağır idi: «Bəlkə o dönəmdə bir başqası belə bir addım atmazdı. Amma prezident İlham Əliyev belə bir addımı atmaqla onu göstərdi ki, ölkəsinə, millətinə, dövlətinə və bunların rəmzi olan bayrağına sahib çıxan hər kəsə dövləti və prezidenti sahib çıxır. Ölkə Prezidenti milli iradənin ifadəçisidir. Bütün dünyaya bəyan olundu ki, bizim ölkənin bayrağını, millətimizin simvolunu təhqir edənlərin başı çiyninin üstündə qalmaz. Çox mühim məsələ idi. Mən hesab edirəm ki, belə addımlar təqdir olunmalıdır və prezident seçkiləri zamanı mən Xocalı faciəsi və 20 Yanvar qırğınını törədənlərlə bağlı bir fikir səsləndirmişdim ki, "hətta o qırğını törədənlərin də hamısı bir sərəncamla infaz olunması haqqında axtarışlar verilməldir”. Belə təcrübənin İsraildə olduğunu da göstərmişdim ki, olimpiadada İsrail idmançılarını öldürən terrorçular hamısı dünyanın müxtəlif yerlərində infaz olundu. Biz guyaki bəzən beynəlxalq qanunlardan çəkinirik və bu qanunlar bir tərəfli qaydada bizə tətbiq olunur. Amma özlərinə gələndə isə bu qanunların heç bir əhəmiyyəti olmur. Bu qanun tələb edənlər, insan hüquqları ilə bağlı maraqlananlar, bu ölkənin çörəyini yeyib, bu ölkənin bayrağını əzən adamın əzilməsinə etiaz edənlər niyə bu insanhüquqları ilə bağlı olan məhkəmələrə öz şəxsi işləri ilə bağlı illərlə müraciət edə bilirlər. Topa-topa işlər göndərə bilirlər və təzminat almaq istəyirlər. Amma Dilqəmlə, Şahbazla bağlı bir kəlimə də yazmırlar. Axı insanhüquqları məhkəmələrinə müraciət etmək olar ki, Zori Balayan öz əsərlərində göstərir ki, «mən Xocalıda Azərbaycan türkünün uşağının dərisini soydum və neçə dəqiqəyə ölməsini müşahidə elədim». Bu bir ifadədir, etirafdır və bununla bağlı məhkəmə predmeti olaraq Zori Balayana iş qaldırmaq olmazmı? Avropa İnsan Hüquqları məhkəməsini təmsil edən üzvlərinin dövlətləri isə Zori Balayanın əsərlərini öz dövlətlərində sevə-sevə çap elətdirirlər.

Yaxud da keçmiş prezident Sarkisyan etiraf edirdi ki, biz Xocalıda ona görə dinc əhalini, uşaqları, qocaları qırdıq ki Azərbaycan düşünməsin ki, biz tutduğumuz yerlərdə dinc əhaliyə toxunmyacağıq. Belə böyük bir etirafdan sonra Sarkisyana qarşı hansı tədbir görüldü? Avropa ölkələrində iki əlli görüşənlər, bağrına basanlar guya indi Ramil Səfərovla bağlı məsələyə həssas baxırlar».

Partiya sədri əlavə edib ki, Azərbaycan Konstitusiyasında ölkə Prezidentinin səlahiyyətləri var. Orada göstərilir ki, Azərbaycan Prezdenti istənilən vətəndaşını əfv edə bilər: «6 il həbsdən sonra Ramil Səfərova qarşı olan münasibət, Prezidentin münasibəti, xaricin münasibəti, ermənilərin münasibəti və Azərbaycanın daxilində olan budörd münasibət çox qəribə oldu. Azərbaycanın daxilində bəzi qüvvələrin Ramil Səfərov haqqında dedikləri bir fərd üzərində qurulmuş fikir və münasibət deyil. Bu Azərbaycan cəmiyyətində vətənpərvərliyə qarşı olan hücumdur. Bu insanları ruhdan salmaqdır. Bu vətənpərvər insanların sabah atacaq addımlarının qarşısını almaq cəhdidir.

Mən yenə bir daha bildirirəm ki, «hüquqşünaslardan» ibarət olan partiya sədrləri, funksionerlər, QHT adamları nəyə görə bir milyon iki yüz min insanımızın hüququ haqqında heç yerdə bir məsələ qaldırmırlar, pozulmuş əmlak hüquqları ilə bağlı olaraq, öldürülmüş insanlarla bağlı olaraq, girov götürülmüş və Kəlbəcər mədənlərində, Zond mədənində işlədilən Azərbaycan qadınları ilə bağlı olan məsələləri qaldırmırlar? Bir Azərbaycan zabiti şərəfi ilə addım atırsa ona qarşı kampaniya aparmaq nə qədər doğrudur?

Mən və rəhbərlik etdiyim partiya, tərəfdarlarımız atılan addımı təqdir edirik və hesab edirik ki, ölkə Prezidenti bu cür məqamlarda çox doğru seçim edir. Xatırlayın ki, Mübariz İbrahimovun o vaxtlar nəşinin alınması üçün hansı cəhdlər göstərildi. Mən Ramil Səfərovun alınma mərhələlərinin şahidiyəm. Hansı instansiyalarla, hansı çətinliklər olduğunun şahidiyəm. Prezidentin şəxsən hansı cəhdlər etdiyinin şahidiyəm. Bəlkə bunu heç kim etməzdi amma belə məqamlarda ölkə Prezidenti doğru deyir ki, "kim nə deyirsə desin, ölkə daxilində hər kəs bu iradəni milli maraqlara uyğun olaraq dəstəkləməlidir. Hesab edirəm ki, belə məsələlərə qarşı gələnlər ictimai qınaqla kifayətlənməməli və cavab verməlidir”.

Məncə cəmiyyət çox kəskin formada bu məsələyə münasibət bildirməlidir. Mən Ramil Səfərovu milli dəyərimiz hesab edirəm. Ölkə Prezidentinin atdığı addımı təqdir edirəm və bütün bu tipli məsələlərdə bir partiya olaraq prezidentin yanında olduğumuzu bəyan edirəm. Ramil bəyə bundan sonra uğurlar arzu edirəm və Ramil kimi davranacaq bütün insanlarımıza bundan sonra bol şanslar diləyirəm".

Bilman İSAQ
Bu xəbər oxucular tərəfindən 575 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed