Şrift:
Tacikistanda koronavirusdan sağalanların sayı 2 mini ötüb
04.06.2020 [09:18] - Gündəm, Sağlıq
Tacikistanda COVID-19 koronavirusundan son 24 saat ərzində 321, pandemiya dövründə isə 2347 nəfər sağalıb.

Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son iki gün ərzində virusa yoluxanların sayı 178 nəfər artaraq 4191-ə çatıb.

Məlumatda qeyd olunur ki, ölkədə bu virusdan 48 nəfər dünyasını dəyişib, 1463 adam karantindədir.

Bildirilir ki, ölkənin 85 xəstəxanasında COVID-19 koronavirusu ilə mübarizəyə 7 min 500-dən artıq həkim, 25 mindən artıq orta tibb personalı cəlb edilib.
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed