04.06.2020 [09:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Əhər şəhərinin icra başçısı Zahid Mahmudi mətbuata açıqlamasında məlumat verib.
Şərqi Azərbaycan əyalətində yerləşən Əhər vilayətində koronavirusa yoluxma halları sürətlə artmaqdadır. Daha öncə Əhər Sağlamlıq Şəbəkəsinin direktoru Məhəmməd Mirzapur şəhərdə vəziyyətin fövqəladə hal alması barədə xəbərdarlıq edərək lazımi tədbirlərin görülmədiyi təqdirdə may ayının sonuna qədər pandemiya Əhər əhalisinin yarısını öz cənginə ala biləcəyini bildrimişdi.
Statistik təhlillər göstərir ki, Əhər və Horand vilayətlərində koronavirusa yoluxanların 60 faizində daha öncə xroniki xəstəlik və ya sağlamlıq problemi olmayıb.
Təbriz Tibb Universitetinin verdiyi məlumata əsasən, Şərqi Azərbaycan şəhərləri arasında əhali sayı nisbətinə görə ən çox koronavirusa yoluxma halları Miyana, Əhər, Sarab, Kəleybər və Şəbüstərdə qeydə alınıb.
İran rejimi siyasi və iqtisadi mülahizələrə görə, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətləri ortadan qaldıraraq müxtəlif müəssisələrin fəaliyyətini yenidən bərpa edib. Bu isə pandemiyanın yayılmasını yenidən gücləndirib.

Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |