04.06.2020 [11:42] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Məsələ burasındadır ki, Ermənistan özünün bütün davranışlarında əvvəldən təcavüzü planlaşdıran siyasət yürüdür”
Ermənistanın baş naziri Nikol Paşinyanın koronavirusa yoluxması xəbəri yayılıb. Bunu özü də etiraf edib. Lakin Paşinyanın virusa yoluxması xəbəri birmənalı qarşılanmır. Hətta Ermənistanın öz daxili ictimai rəyində bununla bağlı ziddiyyətli məlumatlar verilir.
Bəzi ekspertlər hesab edirlər ki, Paşinuyanın bu addımı imitasiyadan başqa nəsə deyil. Hesab olunur ki, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı koronavirusdan sağalacağı təqdirdə Moskvada Qələbə günü münasibətilə keçiriləcək hərbi parada qatılacağı vədini verməsi dolayısı ilə Rusiyaya səfərdən imtina etməsi anlamına gəlir.
Nikolun babasının faşistlərə xidmət etməsi məsələsi Paşinyanın həm Ermənistanda, həm də Rusiyada nüfuzuna ciddi zərbə vurub. Məsələ ondadır ki, Rusiyada Nikol Paşinyanın babasının Qaregin Njdenin tabeliyində olan erməni legionunda xidmət etməsi geniş müzakirə edilir. Belə olduqda Paşinyanın Qələbə gününə getməsi də bir az gülünc görünür. Onun koronavirusdan sağalacağı təqdirdə Moskvada Qələbə günü münasibətilə keçiriləcək hərbi parada qatılacağı vədini verməsi inandırıcı görünmür. Çünki iştirak etmək istəməməsi bariz şəkildə bilinir.
Paşinyanın bu bəhanəsi onların dövlət səviyyəsində faşizmə rəğbətinin daha bir bariz nümunəsi sayıla bilərmi?
Sabiq millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın bu addımı elə həmin tədbirdən yayınmaq üçündür:“Mən bu versiyanı daha inandırıcı sayıram. O, ikibaşlı siyasət aparır. Qərbə daha yaxın görünməyə cəhd edir. Eyni zamanda Rusiyadan tam qırılmamaq siyasətini yürüdür. Bəzi addımlarını da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkiltına söykənərək atmaq istəyir. Ən başlıcası isə, Rusiya ilə tam üzülüşmür ki, işğal etdiyi Azərbaycan ərazilərində qala bilsin. Bir sözlə, “nə əldən qoyur, nə də yardan doyur” məsələsidir. Elə bu oyunları çərçivəsində çalışır ki, bir bəhanə ilə hərbi paraddan yayınsın. Bununla Qərbə anti-Rusiya mövqeyində olduğunu nümayiş etdirməyə çalışır. Amma bunu Rusiyadan qorxduğu üçün açıq formada ifadə edə bilmir. Bundan əvvəl babasının faşistlərlə iş birliyi üzə çıxmışdı. Lap əvvəl isə Hitlerin silahdaşı Njdeyə heykəlin qoyulmasına haqq qazandırmaqla, faktiki olaraq faşizm mövqeyində olduğunu göstərmişdi. Burada söhbət həm də bir ölkənin yürütdüyü siyasətdə hansı mahiyyəti, hansı fəlsəfəni ortaya qoymasından gedir. Məsələ burasındadır ki, Ermənistan özünün bütün davranışlarında əvvəldən təcavüzü planlaşdıran siyasət yürüdür. Bu bütün dünyaya bəyan olunub. Konstitusiyasında və gerbində qonşu ölkələrə açıq ərazi iddaisı olan simvolllar və bəndlər var. Bir tərəfdən də faşizm elementlərini açıq dəstəkləyirlər. Həm də bunu birbaşa elan edirlər. Keçmiş prezidentləri Sarkisyan Xocalı soyqırımını bilərəkdən elədikləri ilə fəxr etdiyini demişdi. Onların tanınmış yazıçısı Zori Balayan isə həmin hadisədə azyaşlı uşaqlara şəxsən işgəncə verdiyini bildirib. Moskvadakı parad amillindən imtina üçün bəhanəni çox inandırıcı versiya kimi qəbul edirəm. Çünki Ermənistan rəhbərləri hər zaman belə oyunlarla məşğul olublar”.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |