Şrift:
Ruhani: “Xəbərdarlıqlar ciddiyə alınmasa məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq”
04.06.2020 [11:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ruhani, səhiyyə nazirinin ölkədə şəhərlərarası səfərlərin artmasından nigaran qalmasına toxunaraq deyib ki, vətəndaşlar koronavirusun nəzarətdə saxlanması üçün Səhiyyə Nazirliyinin bütün göstəriş və tövsiyələrinə tam əməl etməlidir: “Ölkə rəsmilərinin xəstəliyin yenidən pik nöqtəyə çatacağı barədə etdiyi tövsiyələr vətəndaşlar tərəfindən yerinə yetirilməli, sosial məsafə qaydalarına tam riayət edilməli, insanlar məsələyə ciddi yanaşmalıdır.



Lakin əgər bu xəbərdarlıqlar ölkə əhalisi tərəfindən ciddiyə alınmasa və xəstəliyə yoluxmanın ikinci dalğası baş qaldırıb ölkəni bürüməyə başlasa, biz koronavirusla bağlı qoyulan əvvəlki məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq. Bu isə, vətəndaşların adi həyatı üçün problemlər yaratmaqla yanaşı, həm də ölkə iqtisadiyyatına böyük və ciddi ziyanlar vuracaq” -deyə, İran prezidenti Həsən Ruhani bəyan edib.



İran Səhiyyə Nazirliyinin iyunun 3-də yaydığı son rəsmi statistikasına əsasən, dünənə qədər İranda koronavirusdan ölənlərin sayı 8012 nəfərə, xəstəliyə yoluxanların sayı isə 160 min 696 nəfərə çatıb.


Beynəlxalq qurumlar isə İranın bir sıra rəsmilərinə istinadən, “Covid-19” infeksiyasından həyatını itirənlərin sayının hökumətin elan etdiyi rəsmi statistikasından qat-qat çox olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed