Şrift:
İranda polis komandanı: “Xuzistanda qanunsuz silah saxlamaqda günahlandırılan 91 nəfər həbs edilib”
04.06.2020 [11:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həbs edilən şəxsləri separatist və təkfirçi qruplara bağlı olmaqda günahlandıran polis komandanı deyib ki, yerli hüquq-mühafizə qüvvələri təhlükəsizlik əməkdaşları ilə birlikdə son dörd gündə Xuzistanın müxtəlif şəhər və bölgələrində, xüsusən də Əhvaz və Mahşəhrdə bir neçə əməliyyat keçirib: “Keçirilən əməliyyatlar nəticəsində separatist və təkfirçi qruplara bağlı olan şəxslərin gizləndiyi məkanlarda yoxlamalar zamanı ümumilikdə 153 ədəd hərbi silah və ov tüfəngi aşkarlanaraq götürülüb, bununla bağlı 91 nəfər həbs edilib.



Tutulan həmin şəxslər, əyalətdə polis qərargahlarına qarşı silahlı hücumlar təşkil etməkdə, bölücü “Əl-Əhvaziyyun” qrupunun bayrağını dalğalandırıb şəhər divarlarına yapışdırmaqda, bütün bunları isə videolara çəkib xarici ölkələrdəki müxalif cərəyanlara göndərməkdə günahlandırılırlar” -deyə, Xuzistan əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı Heydər Abbaszadə bildirib.



Heydər Abbaszadə, saxlanılan şəxslərin adlarını və onların konkret hansı müxalif ərəb təşkilatları ilə əməkdaşlıq etdiyini açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed