04.06.2020 [13:14] - Gündəm, Sağlıq
Həyatın gözəlliklərini görmək və ondan zövq almaq gözlər vasitəsilə mümkündür. Ona görə də gözləri qorumaq ən vacib sağlamlıq şərtlərindən biridir.
Bakı Baş Səhiyyə İdarəsinin baş oftalmoloqu Sevda Bəşirova deyib: “Bəzi meyvə və tərəvəzlər görmə qabiliyyətini gücləndirir. Məsələn, özündə S vitamini ehtiva edən itburnu gözün qan dövranını yaxşılaşdırır. A, B, S vitaminləri ilə zəngin olan cəfəri isə göz yorğunluğunu azaltmaq üçün ideal vasitədir.
Bibər, limon və narıncı rəngdə olan meyvə-tərəvəzlərdəki S vitamini gözün tonusunu, yorğunluğunu aradan qaldırır. Omeqa-3 və Omeqa-6 vitaminləri ilə zəngin olan balıq da görmə qabiliyyətini gücləndirir”.
Həkim-oftalmoloqun dediyinə görə, bibər, kivi və ispanaq da göz üçün faydalı olan qidalar sayılır: “Şirin bibər göz damarlarının tonusunu normalaşdırır. S və E vitaminləri ilə zəngin olan kivi torlu qişaya müsbət təsir göstərir. Adətən immun çatışmazlığı zamanı axşam vaxtı zəifgörmə baş verir və ona “toyuq korluğu” deyilir. Kalium bədəndən suyun xaric olmasına kömək edir və bu zaman göz təzyiqi azalmış olur.
İspanaq gözün görmə qabiliyyətini yaxşılaşdıran bütün komponentlər, o cümlədən beta-karotin və müxtəlif mineralları özündə cəmləşdirir.

Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |