04.06.2020 [16:27] - Gündəm, Borçalı
Gürcüstanın elektrik enerjisinə tələbatı xeyli azalıb. Buna koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsiri səbəb olub.
Bu sözləri jurnalistlərə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.
Onun sözlərinə görə, son 20 ildə Gürcüstanın elektrik enerjisinə olan tələbatı xeyli artıb. Lakin koronavirus pandemiyası səbəbindən bu ənənə dəyişib.
Nazir deyib ki, qonşu ölkələrdə də elektrik enerjisinə tələbatın azalmasına baxmayaraq, Gürcüstan hazırda istehsal etdiyi elektrik enerjisini satmaq üçün bazar axtarır.
Gürcüstanın Elektrik Enerjisi Bazarı Operatorunun məlumatına görə, 2019-cu ildə ölkədə 13,4 milyard kilovat/saat elektrik enerjisi istehlak olunub. Bunun da 11,9 milyard kilovat/saatı ölkədə istehsal edilib. Elektrik enerjisinin 8,9 milyard kilovat/saatı SES-lərin, 2,4 milyard kilovat/saatı isə İES-lərin payına düşüb. Kartli Külək Elektrik Stansiyasında 84,7 milyon kilovat/saat enerji istehsal olunub.
Mütəxəssislər hesab edirlər ki, pandemiya səbəbindən elektrik enerjisi istehlakı cari ilin ikinci rübündə də davam edəcək.
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin proqnozuna görə, Gürcüstanda elektrik enerjisinə tələbat 0,8 faiz azalaraq 12,7 milyard kilovat/saat olacaq.
Qeyd edək ki, Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının məlumatına görə, Gürcüstan 2019-cu ildə 1,63 milyard kilovat/saat elektrik enerjisi idxal edib. Bu da 2018-ci illə müqayisədə 7,8 faiz çox olub. Gürcüstanın idxal etdiyi elektrik enerjisinin böyük bir hissəsi Türkiyə, Rusiya və Azərbaycanın payına düşüb.
Ümumiyyətlə ötən illərdə Gürcüstanın aldığı elektrik enerjisinin əhəmiyyətli hissəsini Azərbaycan təmin edib. Belə ki, 2017-ci ildə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 61 faizi, 2018-ci ildə isə 82 faizi Azərbaycanın payına düşüb.

Bu xəbər oxucular tərəfindən 7565 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |