05.06.2020 [15:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Cahanpur deyib ki, son bir gün ərzində daha 63 nəfər koronavirusdan həyatını itirib, 2886 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb: “ Bununla da son bir gün ərzində İranda koronavirusdan ölənlərin sayı 8134 nəfərə, xəstəliyə yoluxanların sayı isə 167 min 156 nəfərə yüksəlib.
Cahanpurun dediyinə görə, ötən bir gün ərzində xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq 129 min 741 nəfərə yüksəlib.
İran Səhiyyə Nazirliyinin sözçüsünün bildirdiyinə görə, hazırda koronavirusa yoluxan və xüsusi rejimli xəstəxanalarda müalicə alan 2573 nəfərin vəziyyəti ağırdır.
Cahanpurun yaydığı son rəsmi statistikada, İranda bu günə qədər koronavirusdan ölənlərin sayının 8134 nəfərə, yoluxanların sayının isə 167156 nəfərə çatdığı iddia olunsa da, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 50 min nəfəri keçdiyini, 1 milyon 100 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.

Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |