19.10.2012 [11:54] - Güney Azərbaycan xəbərləri
Biri edama haqq qazandırır, o biri də qızların oğlanlarla bir yerdə oxumasını fəsad sayır
Ötən həftə BMT-nin İranda insan haqları üzrə özəl nümayəndəsi Əhməd Şəhid hesabatının açıqlayıb.
Həmin sənəddə o, bu ölkədə edam hökmlərinin artdığını, eləcə də fars olmayanların, o cümlədən Güney Azərbaycan türklərinin milli - mədəni haqlarının pozulduğunu da vurğulayıb.
İran Məhkəmə Sisteminin sədri ayətullah Sadıq Laricani onun hesabatına münasibət bildirib: «İran İslam Respublikası edamların dayandırılması tələbli xarici təzyiqlərə əhəmiyyət vermir.
Bu hesabatın əsas mövzusu İranda edamlarla bağlıdır. Hesabatda belə bir mövzuya toxunulması özü-özlüyündə islam qanunlarına hörmətsizlikdir. Çünki edamlar təkcə İranda yox, bütün müsəlman ölkələrində var. Edam islam dəyərlərindən biri sayılır”.
Bir neçə gün öncə İranda Namazın Təşkili Qərargahının rəisi, Möhsün Qəraəti də elmi qurumların rəhbərləri ilə görüşərək universitetlərdə tələbə qızlarla oğlanlar arasındakı münasibətlərdən danışanda qəribə əcaib çıxış edib:“Hazırda universitetlərimizdə tələbə qızlarla oğlanlar arasında haram münasibətlər çoxdur. Bunun qarşısı alınmalıdır. Fikrimcə, ölkənin universitetləri və ya ali təhsil ocaqları çox olan ölkədə fəsad və əxlaqsızlıq da qat-qat artıqdır.
Universitetlərdə tələbə qızlarla oğlanların bir-biri ilə müvəqqəti evlənməsinə mane olmayın. Çünki dinin üçdə iki hissəsi evliliklə bağlıdır. “Quran”da insana vacib olan üç şeyin əhəmiyyətinə işarə olunub. Oksigen, qida və su, geyim. Geyim də elə həmin həyat yoldaşı deməkdir”.

Bu xəbər oxucular tərəfindən 1122 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |