Şrift:
Zərif sabiq amerikalı diplomatla görüşüb
07.06.2020 [11:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Faktı təsdiqləyən İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi görüşün Maykl Vaytın azadlığı üçün keçirildiyini deyib. O, bu görüşlərin aylar əvvəl baş tutduğunu qeyd edib.


Bu xəbəri ilk dəfə ABŞ Hərbi Dəniz Qüvvələrinin sabiq hərbçisi Maykl Vaytın İranda azadlığa buraxılmasından sonra Bill Riçardson özü yaymışdı. O bildirmişdi ki, Vaytın azad edilməsi üçün birbaşa olaraq həm Zəriflə, həm də İranın BMT yanındakı daimi nümayəndəsi Məcid Təxtrəvançi ilə müzakirələr aparıb.


Həmin məlumatda qeyd edilirdi ki, Riçardson Vaytın azad edilməsi üçün davamlı olaraq İranın sözügedən 2 rəsmisi ilə danışıqlar aparıb.


Xatırladaq ki, Maykl Vayt iyunun 4-də İranda həbsdən azad edilərək İsveçrəyə, oradan da ölkəsinə doğru yola düşüb.
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed