Şrift:
Bakıda havanın temperaturu iqlim normasını 1,5 dərəcə ötüb
07.06.2020 [15:36] - Gündəm, Bildiriş
Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si səhərədək olan məlumatına əsasən, əksər rayonlarda şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub.

Xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı Oğuzda 14, Şamaxı, Kürdəmirdə 13, Hacıqabulda 10, Sabirabad, Kişçayda (Şəki) 9, Cəfərxanda 5 millimetr, Ağdərə (Ordubad), Lənkəranda 3, Sarıbaş (Qax), Mərəzədə 2, Qəbələ, Göyçay, Xınalıq, Zaqatala, Şahbuz, Salyan, Şahdağda 1 millimetr təşkil edib.

Bakıda havanın temperaturu iqlim normasını 1,5 dərəcə ötüb. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-29, Aran rayonlarında 29-32, dağlıq rayonlarda 19-23, Naxçıvan Muxtar Respublikasında 25-31 dərəcə isti olub.
Bu xəbər oxucular tərəfindən 567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed