Şrift:
Ərdəbildə daha 150 fəhlə işini itirdi
19.10.2012 [12:19] - Güney Azərbaycan xəbərləri
Ərdəbilin “Muğan” dəri fabrikinin bağlanması nəticəsində 150 fəhlə işsiz qalaraq, vilayətdə sayı armtaqda olan işsizlər ordusuna qoşulub.

İranda rəsmi statistikaya əsasən, Ərdəbil vilayalətində bu il yaz ayları işsizlik səviyyəsi 11.8 faiz təşkil edirdi.

Fabrikin bağlanması və fəhlələrin işsiz qalması haqda xəbərlər İranın İLNA adlı xəbər agentliyinə istinadən Güney Azərbaycan Xəbər Mərkəzi, Urmu İşçiləri və Milli-Məzhəbilərin vebsaytları tərəfindən yayılıb.

“Muğan” dəri fabrikinin idarəetmə işləri üzrə müdiri onun bağlanmasının səbəbini subsidiyaların dayandırılması və qiymətlərin artması ilə izah edərək, subsidiyaların kəsilməsilə elektrik və nəqliyyatın bahalaşdığını deyib. O, eyni zamanda, vəziyyətin yaxşılaşdığı zaman fabrikin yenidən açıla biləcəyini əlavə edib.

Onun verdiyi məlumata görə, fabrik yenidən işə düşsə, ətraf mühitin qorunması məqsədilə Ərdəbil şəhərindən kənara köçürüləcək.

Subsidiyaların dayandırılması davam etsə, bunun İranda elektrik, su, neft, qaz, ərzaq və məişət mallarının daha da bahalaşmasına gətirib çıxara biləcəyi gözlənilir.

Diğər təfərdən, beynəlxalq ictimiayyət tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar İran iqtisadiyyatına öz təsirlərini göstərir.

İqtisadi durum və işsizlik İran mediasında bu günlər ən çox diqqət mərkəzində olan mövzulardır.
Bu xəbər oxucular tərəfindən 1242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed