Şrift:
İranda daha 72 nəfər koronavirusdan ölüb, 2364 yeni “Covid-19” xəstəliyinə yoluxma halı qeydə alınıb
07.06.2020 [15:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur iyunun 7-də mediaya açıqlamasında məlumat yayıb.



Cahanpurun dediyinə görə, bununla da son bir sutka ərzində İranda pandemiya yoluxucu xəstəliyindən ölənlərin ümumi sayı 8291 nəfərə, yoluxanların sayı isə 171 min 789 nəfərə yüksəlib.



Yayılan məlumata əsasən, xəstəlikdən tam sağalıb evə buraxılanların sayı da artaraq, 134 min 349 nəfərə çatıb. Cahanpur, koronavirusa yoluxan və hazırda xüsusi rejimli xəstəxanalarda saxlanılan 2596 nəfərin vəziyyətinin ağır olduğunu da bildirib.



Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 8291 nəfərə, yoluxanların sayının isə 171789 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 50 min nəfəri keçdiyini, 1 milyon 100 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed