08.06.2020 [10:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Suriyalı mənbələrin yaydığı xəbərə əsasən, hava hücumu nəticəsində “Sepah” terror təşkilatının “Qüds” briqadasına məxsus hərbi təsisatlar və silah anbarları məhv edilib, “Sepah”ın ən azı 12 əfqan və iraqlı muzdlusu öldürülüb.
İsrail hücumun məsuliyyətini rəsmən öz üzərinə götürməsə də, Suriya İnsan Haqları Monitorinq Qrupu “France Press” agentliyinə açıqlamasında İran mövqelərinə qarşı hava zərbələrinin İsrail qırıcıları tərəfindən endirildiyini bildirib. Bildirilir ki, hücumda İranın hərbi mövqelərinə qarşı çoxsaylı hava zərbələri endirilib.
Rəsmi Tehran, bununla bağlı yayılaxn məlumatlara hələlik münasibət bildirməyib.
Xatırladaq ki, İsrail Hava Qüvvələrinə məxsus qırıcılar üç gün əvvəl də Suriyanın Hemah şəhəri yaxınlığında yerləşən, Bəşər Əsəd rejimi və İran hərbçilərinin nəzarətində olan məntəqəyə hava hücumu nəticəsində 9 hərbçi öldürülmüşdü.
Suriya İnsan Haqları Monitorinq Qrupunun rəhbəri Rami Əbdülrəhman isə jurnalistlərə açıqlamasında, İsrail qırıcılarının Hemah-ın qərbində yerləşən “Məsiyaf” məntəqəsində gerçəkləşdirdiyi hava hücumunda Suriya və İran hərbçilərinin birgə nəzarətində olan silah anbarlarının və qısamənzilli raketlər istehsal edən hərbi mərkəzin hədəfə alındığını bildirmişdi.
Qeyd edək ki, İsrail ordusu son aylar Suriyada Bəşər Əsəd rejiminə və "Sepah" terror təşkilatına məxsus hərbi mərkəzləri dəfələrlə bombardman edib. Hava hücumları nəticəsində "Sepah”ın və Əsəd rejiminin yüzlərlə muzdlusu həlak olub.

Bu xəbər oxucular tərəfindən 286 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |