08.06.2020 [10:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mütəfəkkir Azad öz Twitter səhifəsində bölgənin iqtisadiyyatını biznes oyunlarına qurban verməyə qarşı xəbərdarlıq edib.
““Liqvan” pendirinin dadı Azərbaycan xalqının çoxəsrlik sağlam təbii həyat təcrübəsinin məhsuludur. Hər hansı bir kulinariya verilişinin aparıcısının tövsiyəsi ilə “Liqvan” pendiri ortadan qalxmaz. Əksinə reklam olunan şirkətin məhsullarının istehlakı dayandırıla bilər,” deyə Mütəfəkkir Azad qeyd edib.
İyunun 4-də İran Dövlət Televiziyasının “Kanal 1” telekanalında yayımlanan “Dəstpoxt” verilişinin aparıcısı “Liqvan” pendirinin istehsal prosesində sanitariya normalarına və gigiyena qaydalarına əməl edilmədiyini iddia edərək, izləyiciləri bu pendir əvəzinə Tehranda istehsal olunan “Mihən” pendirini almağa çağırıb.
Bu təxribatdan sonra Güney Azərbaycan türkləri rejimin “Mihən” pendirini və həmin şirkətin digər məhsullarını boykot edib.
Bildirilir ki, azərbaycanlıların virtual aləmdə “Mihən” məhsullarına qarşı başlatdığı etiraz xarakterli kampaniyası Güney Azərbaycanın müxtəlif şəhərlərində ağartı məhsulları satan mağaza sahiblərinə təsirsiz ötüşməyib. Belə ki, dünəndən başlayaraq ərzaq malları satan mağaza sahibləri “Mihən” məhsullarının satışını dayandıraraq, vətəndaşları yalnız Azərbaycan məhsullarını almağa təşviq ediblər.

Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |