Şrift:
Türksoylu Ölkələrin Əməkdaşlıq Şurasının bayrağının qaldırılması törəni keçirilib
20.10.2012 [12:04] - Xəbərlər, Türk dünyası-Turan
DGTYB.ORG AzərTAc-a istinadən bildirir: 12 oktyabrda İstanbulun Beşiktaş rayonunda Türksoylu Ölkələrin Əməkdaşlıq Şurası baş katibliyinin binası qarşısında keçirilmiş törəndə Türkiyə və Qazaxıstan prezidentləri Abdullah Gül və Nursultan Nazarbayev, Türksoylu Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu türksoylu ölkələrin böyükelçiliklərinin nümayəndələri iştirak etmişlər.
A.Gül çıxışında 2009-cu ildə Naxçıvan sazişi ilə əsası qoyulmuş Türksoylu Ölkələrin Əməkdaşlıq Şurasının Türk Dünyası xalqları arasında əlaqələrin gücləndirilməsində müstəsna xidmətlərini qeyd etmiş, bu işdə böyük əməyi olan dövlət başçılarına təşəkkürünü bildirmişdir.
Sonra təşkilatın bütün türksoylu ölkələrin rəmzləri əks olunmuş bayrağı qaldırılmışdır.
Bu xəbər oxucular tərəfindən 1292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed