08.06.2020 [14:35] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Gələcək perspektivdə ölkəmizin tamamilə Türkiyə və NATO silahları ilə təchizatının tərəfdarıyam”
Mediada yer alan məlumatlara görə, Azərbaycanla Türkiyə arasında imzalanmış “Hərbi sahədə maliyyə əməkdaşlığı anlaşması”na əsasən Türkiyə Azərbaycana 200 milyon TL məbləğində kredit xətti açıb. Hansı ki, Azərbaycan bu imkandan istifadə edərək Türkiyədən müasir hərbi texnika, eləcə də müasir dronlar ala bilər.
Moderator.az-a açıqlamasında məlum məsələyə toxunan sabiq millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycanın gələcəkdə tamamilə Türkiyə və NATO istehsalı olan silahlarla təchizatını zəruri hesab etdiyini vurğulayıb:
“Hesab edirəm ki, bu, çox önəmli bir məsələdir. Azərbaycan ən güclü dövlətlərdən ən güclü silahları hətta ucuz qiymətə alsaydı belə, yenə də alternativ silah alışı düşünülməlidir. Hər hansı bir dövlətin silah arsenalı bir ölkədən asılı olmalı deyil.
Ikincisi, təbii ki, Azərbaycan öz silah arsenalını ən müxtəlif dövlətlərin qabaqcıl silahları hesabına zənginləşdirə bilər. Lakin Türkiyə Azərbaycan üçün ən güvənli dövlətdir. Türkiyə qardaş ölkədir. Türkiyədən hər hansı silah və texnika almağın Azərbaycan üçün riski yoxdur. Dünya təcrübəsi göstərir ki, bəzi ölkələr satdıqları təyyarə və raket sistemlərinin fəaliyyət sistemini istədikləri məqamda iflic edə, onları istifadəsiz hala gətirə bilirlər. Ehtiyat hissələrinin alınmasıbna problem yarada, bu silahın istifadəsi ilə bağlı əlavə şərtlər irəli sürə bilirlər. Bu baxımdan Türkiyədən silah almağın önəmi çox böyükdür. Türkiyə müasir dronlardan tutmuş, tank istehsalına qədər çox böyük uğurlara nail olub və Azərbaycan da bu uğurlardan faydalanmalıdır.
Üçüncüsü, mən 1998-ci ildə yazdığım kitabda Azərbaycan və Türkiyə mərkəzində olmaqla türk cümhuriyyətləri birliyinin ortaq modelini təklif etmişdim. Bildirmişəm ki, Avropa İttifaqı xristian ənənəsi və yunan fəlsəfəsinə söykənən bir ev yaardıbsa, o zaman nityə türk dövlətləri türk evini yaratmasın?
Azərbaycanıla Türkiyə həm ortaq silah istehsalı, həm də ortaq ordunun formalaşması ilə bağlı qərarlar verməlidir. Doğrudur, rəmzi olaraq Turan ordusu yaradılıb. Lakin bu, bizim arzuladığımız səviyyədə formalaşdırlan ordu deyil. Necə ki, Rusiya və Ermənistan birgə ordu yaradıb, biz də belə bir ordunun yaradılmasına nail olmalıyıq.
Gələcək perspektivdə Azərbaycanın tamamilə Türkiyə və NATO silahları ilə təchizatının tərəfdarıyam. Bunu kimsə qəribə qəbul etməsin. Bu gün bizə silah verən Rusiya bu silahların eynisini, yaxud ondan daha güclüsünü və yaxud bu silahalrı zərərsizləşdirə bilən sistemləri Ermənistana verməyə qadirdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan tərəfi Türkiyənin yaratdığı bu imkandan yararlanmalı, bu təklifi qiymətləndirməlidir”.

Seymur ƏLİYEV
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |