08.06.2020 [19:48] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bəziləri baş verən məğlubiyyətlərdə olan bacarıqsızlıq paylarını Elçibəyin üzərinə yıxmağa çalışır”
Azad Demokratlar Partiyasının sədri, 1992-1993-cü illərdə Milli təhlükəsizlik nazirinin birinci müavini postunu tutmuş Sülhəddin Əkbər son müsahibəsində bir sıra maraqlı və diqqətçəkən açıqlamalar verib.
Həmin açıqlamalar onun KQB arxivlərinin açılması, AXC rəhbərliyindəki şəxslərin bəzilərinin Rusiya xüsusi xidmət orqanlarının agenti olması və digər məsələlərlə bağlı fikirlərini əhatə edir. Sülhəddin Əkbər bildirib ki, o hakimiyyətdə yüksək post tutan şəxslərin KQB agentləri olması ilə bağlı faktları o vaxtkı prezidentə təqdim etsə də, Elçibəy arxivlərin açılmasına razılıq verməyib.
Qeyd edək ki, Sülhəddin Əkbərin ittihamları ilə bağlı Elçibəy hakimiyyətində təmsil olunan şəxslərin çoxu münasibətini açıqlayıb. Onların əksəriyyəti sabiq nazir müavininin ittihamları ilə razı olmadıqlarını bildirib. Sülhəddin Əkbərin ittihamları ilə razılaşmayanlardan biri də Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin mətbuat, məktublar və məxfi sənədlər üzrə köməkçisi, habelə həmin illərdə Dövlət Müdafiə Komitəsinin katibi postunu tutmuş Oqtay Qasımovdur. O bildirib ki, Sülhəddin Əkbər bu məsələdə konkret danışmır:“Əvvəla, ona kim imkan verməyibsə, onun adını çəkməlidir. İkincisi, arxivlərin açılmasına dair 1992-ci ilin oktyabrında Milli Məcisdə müzakirələr gedib. Arxiv və agentura şəbəkəsinin açılmasının əleyhinə çıxış edənlərdən biri də Sülhəddin bəyin özü olub. Eləcə də nazir Fəxrəddin Təhməzov arxivlərin açılmasının əleyhinə olub. Həmin vaxt Milli Məclis normativ hüquqi aktların hazırlanmasına dair qərar qəbul edib. “Azərbaycan” qəzetinin 22 oktyabr 1992-ci il tarixli nömrəsinə baxa bilərsiniz, orada Sülhəddin Əkbərin çıxışı dərc edilib”.
Elçibəy hakimiyyətinə çox yaxınlığı ilə seçilən digər şəxslərin bu məsələ ilə bağlı mövqeyi necədir?
Həmin hakimiyyətdə təmsil olunmayan, ancaq Elçibəyə xüsusi yaxınlığı ilə seçilən Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin hakimiyyətdə təmsil olunmasa da, Elçibəyi daim müdafiə edib:“Elçibəyin heç vaxt kiminsə müdafiəsinə ehtiyacı olmayıb. Onun əsl qiymətini xalq verib. Hər kəs bilir ki, Elçibəy dünyasını dəyişənə qədər mən onun yanında olmuşam. Bunu hər kəs bilir. O, dünyasını dəyişəndən sonra heç kimin yanında olmamışam. Müstəqil olaraq yoluma davam etmişəm. Hərəkatçı dostlarım mənim yanımda olub və biz partiya qurmuşuq. Bu o deməkdir ki, həmin vaxt baş verən proseslərin hamısından xəbərdar olmuşam. Sülhəddin bəyin dediklərinə həmin vaxt komadada təmsil olunan şəxslərin çoxu aydınlıq gətirdi. Xüsusilə də Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovun verdiyi açıqlamalar məni tamamilə qane etdi. on vaxtlar qəribə dəb düşüb. O dövrdə ortada görünməyənlər, yaxasını kənara çəkənlər, savaşa girməyənlər həm özlərinə bəraət axtarır, həm də baş verən bəzi hadisələri adlarına çıxıb özlərini qəhrəmanlaşdırmaq istəyirlər. Tamamilə mənasız ssenarilər quraşdırıb, sonra özləri də ona inanmağa başlayırlar. Məsələn, Mehri məsələsi ilə də bağlı Sülhdəddin bəyin dedikləri həqiqəti əks etdirmir. Həmin məsələ müzakirə olunanda İsgəndər Həmidovla Rəhim Qazıyev Naxçıvana gəldi, biz orda görüşüb müzakirə aparmışıq. Elə həmin gün gözlənilmədən Pirəşüküldə silah anbarlarından birində partlayış baş verdi və onlar geri qayıtdı. Bizim şanlı hərəkat tariximizin üstünə toz-torpaq atmaqla onu basdırmaq mümkün deyil. Elçibəy haqqında deyilənlərin hamısı cəfəngiyatdı. Bütün ideyalar onun özündən gəlirdi. İndi Sərhəd Hərəkatını da bəziləri öz adı ilə bağlamaq istəyir. Məsələn, Nemət Pənahlı. Halbuki, Nemət Naxçıvan ərazisinə keçəndə sərhəd artıq sökülmüşdü. Bəziləri baş verən məğlubiyyətlərdə olan bacarıqsızlıq paylarını Elçibəyin üzərinə yıxmağa çalışır. Tarixi keçmişi qurdalamaqdan daha çox, ölkənin gələcəyini düşünmək lazımdır”.
Məhəmmədəli QƏRİBLİ

Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |