20.10.2012 [12:29] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı işçi fəal və siyasi məhbus Şahruz Zəmani Kərəc şəhərinin Rəcayi zindanına intiqal edilib. O, zindanın 12-ci zalının 4-cü bölümündə həbs olunub.
Oktyabrın 13-də Təbrizin mərkəzi zindanından çıxarılıb və Ərsəncan zindanına intiqal edildiyi deyilən siyasi məhbus Kərəcin Rəcayi zindanına köçürülüb. O, oktyabrın 16-da Kərəc zindanına aparılıb.
Zəmani ikinci dəfədir ki, sürgünlük məhkumluğu olmadan başqa zindanlara intiqal edilir. O, mayın 30-da qanunsuz olaraq Yəzd şəhərinin zindanına köçürülmüşdür. Lakin bir müddət sonra avqustun 6-da Təbriz zindanına qaytarılmışdır.
Zəmani 2011-ci il iyunun 7-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və oktyabrın 19-da mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb. O, azadlığa buraxıldıqdan sonra inqilab məhkəməsində 11 il həbs cəzasına məhkum edilib və bir neçə ay sonra hökmünün icrasına başlanılıb.

Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |