Şrift:
Xameneyi ölkə prezidentini hesabat verməkdən azad etdi
20.10.2012 [12:37] - Güney Azərbaycan xəbərləri
İran parlamenti Əhmədinejadı parlamentdə hesabat verməyə çağıran tələbindən geri çəkilib.

"Ali dini lider" Xameneyi prezidentin sorğu-sual edilmə tələbini rədd edib.“Əl-Ərəbiyyə” telekanalına istinadən bildirir ki, Xamneyi prezidentin parlament qarşısında hesabat vermə tələbini qəbul etməməsini “xarici təzyiqlər qarşısında milli birliyi qorumaq”la əsaslandırıb. Parlamentdə çoxluq təşkil edən fundamentalsitlər bloku belə bir sorğulamanın mövcud şəraitdə ölkədəki gərginliyi daha da artıracağı ilə izah edib.

Son vaxtlar prezidentin iqtisadi siyasətindəki uğursuzluğu və milli valyutanın məzənnəsinin hədsiz düşməsi İran parlamentinin Əhmədinejaddan hesabat tələb etməsınə səbəb olub. İran parlamenti rəsmi sənəd hazırlayaraq İran prezidentinin Vaşinqtonla dialoqa çağırışı, həmçinin uğursuzluğa düçar olmuş xarici siyasətinə görə parlamentə gələrək sorğulanmasını tələb edib.
Bu xəbər oxucular tərəfindən 1197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed