Şrift:
Zəncan Əyaləti yollarında baş verən qəzaların sayı artıb
09.06.2020 [12:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Zəncan Əyaləti Yol Polis İdarəsinin rəisi Abbas Müzəffəri məlumat verib.





“Cari ildə (hicri-şəmsi təqvimi ilə martın 21-dən etibarən) Zəncan Əyalətində 36 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib,” deyə o bildirib.





Müzəffəri həmin dövrdə baş verən yol qəzalarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz arıtdığını qeyd edib.





Yol Polisi İdarəsi rəisinin sözlərinə görə, baş verən nəqliyyat hadisələrinin 34 faizi Zəncan-Qəzvin magistral yolunda, 31 faizi isə Zəncan-Təbriz magistral yolunda baş verib. Müzəffəri ölümlə nəticələnən yol qəzalarının 17 faizinin avtomobillərin yoldan çıxaraq aşması nəticəsində meydana gəldiyini deyib.





Qeyd edək ki, hər il Güney Azərbaycanda minlərlə insan müxtəlif yol-nəqliyyat hadisələrində həyatını itirir. Ekspertlər yolların qeyri-standard olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini buna əsas səbəb kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed