Şrift:
İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ olub
09.06.2020 [12:15] - Xəbərlər, Hadisə
İyunun 9-da İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ olub. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 9:56 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri Ambon şəhərindən 209 kilometr cənub-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Bu xəbər oxucular tərəfindən 602 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed