09.06.2020 [14:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bəyanatda bildirilir ki, 10 min avrodan çox və ya ekvivalenti qədər digər xarici valyutalar üstündə gəzdirən və ya evində saxlayan şəxslər Kredit Təşkilatı Sənədi və gömrük bəyannaməsini təqdim etməlidirlər.
Bildirilir ki, Kredit Təşkilatı sənədi isə verilmə tarixindən başlayaraq, 6 ay müddətinə etibarlı sayılacaq.
Qeyd edək ki, son illər İranın milli valyutası olan “Rial” xarici vaiyutalar, o cümlədən də dollar qarşısında öz dəyərini kəskin itirib. Cari ildə isə “Rial”ın dəyəri daha 10 faiz düşüb.
2017-ci ildə İranda hər ABŞ dollarının məzənnəsi 4200 tümən olsa da, hazırda 1 dollar 17 min 800 tümən qarşılığında mübadilə edilir. Məhz həmin səbəbə görə də, İranda insanlar ağır zəhmətlə qazandıqları pulun dəyərini qoruyub saxlamaq üçün onu dollara və digər xarici valyutalara çevirir, hökumət banklarına etibar etmədiklərinə görə evlərində saxlayırlar.
Həmçinin, bir tərəfdən İran neftinin satışına qarşı qoyulan beynəlxalq sanksiyalar, digər tərəfdən də neftin qiymətinin kəskin düşməsi səbəbilə Həsən Ruhani hökumətinin xarici valyuta ehtiyatları da sürətlə tükənməkdədir. Məhz bunu nəzərə alaraq, hökumət müxtəlif bəhanələrlə əhaliyə təzyiq göstərərək, onların əllərində saxladığı xarici valyutaları cəlb etməyə çalışır.
İran rəsmilərinin bildirdiyinə görə, hazırda ölkə əhalisinin əlində 20-30 milyard dollara qədər xarici valyuta var və hökumət həmin pulları cəlb etməklə dollara olan ehtiyacını təmin etməyə və öz iqtisadi problemlərini aradan qaldırmağa çalışır.

Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |