Şrift:
Təbrizdə tibb bacıları etiraz aksiyası keçirib
09.06.2020 [14:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata görə, koronavirus pandemiyasının yayıldığı üçün tibb işçilərinin təhlükə ilə üz-üzə olduqlarına baxmayaraq İran hökuməti onların tələblərini yerinə yetirmək və iş şərtlərini yaxşılaşdırmaq istiqamətində heç bir addım atmır.





Bir çox tibb bacısı xəstəxanaları idarə edən şirkətlər vasitəsilə çox aşağı maaşa işə düzəlib çalışmağa məcbur olurlar. Şənbə günü keçirilən aksiyada iştirak edən tibb bacılarından biri 4 il iş təcrübəsi olmasına baxmayaraq işə götürən şirkət tərəfindən qanunda təyin olunan rəqəmdən daha az maaş aldığını bildirib.





Şirkətlər tərəfindən işlədilən tibb bacıları rəsmi dövlət müqaviləsi olan həmkarları ilə müqayisədə daha artıq işlədiklərini, lakin daha az maaş aldıqlarını deyiblər. Şirkətlə işləyən tibb bacıları başqa həmkarlarından üç dəfə az maaş aldıqlarını vurğulayıblar.





“İşsizlikdir. Heç yerdə iş olmadığına görə, bizə həddən artıq zülm edirlər,” deyə etirazçılardan biri deyib.





Qeyd edək ki, ötən illərdə tibb bacıları dəfələrlə qanunda təyin edilən hüquqlarının təmin edilməməsi ilə bağlı etiraz aksiyaları keçirib.





May ayında Şərqi Azərbaycanın Həştəri (Həştrud) şəhərində yerləşən “İmam Hüseyn” xəstəxanasının bir qrup əməkdaşının xəstəxananı idarə edən şirkət tərəfindən işdən qovulduğu xəbəri yayılmışdı. 2019-ci il sentyabrın 26-da həmin xəstəxananın işçiləri maaşlarının ödənilməməsi və iş şərtlərinin ağır olduğuna görə etiraz aksiya keçirmişdilər.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed