09.06.2020 [14:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, çörək mağazası işçisi Ruhullah Bərzin Nejad bir neçə ay əvvəl sosial şəbəkələrdə Çeram şəhərinin imam cüməsinə qarşı tənqidi bir yazı yayıb və oxucular həmin yazını bəyənərək, yazının altında şəhər imam cüməsinə qarşı təhqiramiz şərhlər yazıblar. Bu isə imam cümənin yazı müəllifini məhkəməyə verməsinə səbəb olub.
Nəticədə, Çeram məhkəməsi çörək mağazası işçisini 55 şallaq zərbəsinə məhkum edib. Bildirilir ki, iş Apellyasiya Məhkəməsinə göndərilsə də, ilkin məhkəmənin Ruhullah Bərzin Nejada qarşı çıxardığı şallaq cəzası qüvvədə saxlanılıb.
Beləliklə də Çeram məhkəməsinin zəhmətkeş çörək mağazası işçisinə qarşı çıxardığı hökm iyunun 7-də yerinə yetirilib və ona 55 şallaq zərbəsi vurulub.

Bu xəbər oxucular tərəfindən 403 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |