09.06.2020 [14:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 7 min 406 nəfərə çatdığını bildirib. Ağazadə əlavə edib ki, infeksiyadan ölənlərin sayı 254 nəfərə çatıb. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 4 min 442 nəfər tam sağalaraq evlərinə göndərilib.
Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 3 min 103 nəfərə çatıb. Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 59 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. O, son 24 saatda bir nəfərin infeksiyadan dünyasını dəyişdiyini bildirib, lakin Ərdəbildə xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verməyib.
Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1228 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 10 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 138 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 1009 nəfərinin tam sağaldığını bildirib.
Həmədan Tibb Universitetinin rəis müavini Mənuçehr Kərəmi Güney Azərbaycanın bu əyalətində koronavirusa yoluxanların sayının 1121, infeksiyadan ölənlərin sayının 121 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 941 nəfər tam sağalaraq evlərinə göndərilib.

Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |